Ukraynalı incəsənət
ustaları Hacıqabulda konsert proqramı
ilə çıxış ediblər
İyunun 18-də Ukrayna Mədəniyyət
Günlərinin iştirakçıları Hacıqabul şəhərinə
səfər ediblər.
Nümayəndə heyətinin üzvləri əvvəlcə ümummilli lider Heydər Əliyevin Hacıqabul şəhərindəki abidəsini ziyarət edib, xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Sonra tədbir Heydər Əliyev Mərkəzində davam edib. Qonaqlara Mərkəz haqqında məlumat verilib. Mərasimdə çıxış edən Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov iki ölkə arasındakı dostluq əlaqələrindən söhbət açıb. Ukrayna mədəniyyət nazirinin birinci müavini Timofey Koxan mədəniyyət günlərinin təşkilinə görə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə, hər iki ölkənin səfirliklərinə minnətdarlığını bildirib, tədbirin əhəmiyyətini vurğulayıb.
Tədbir P.Virski adına Ukrayna Akademik Milli Rəqs
Ansamblının çıxışı ilə davam edib. Ukrayna
xalq rəqsləri, xoreoqrafik
nömrələr alqışlarla qarşılanıb.
Mədəniyyət.- 2013.- 19 iyun.-
S. 9.